İsmayıllıda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlər cərimələnib

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda nəzarət tədbirlərini gücləndirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə,  keçirilən yoxlamalar zamanı sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi, pandemiya dövrünün tələblərinə laqeyd yanaşdığı aşkarlanıb. Mövcud qaydalar bir daha onların diqqətinə çatdırılıb və barələrində intizam tənbeh tədbirləri görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button