İsmayıllıda koronavirus xəstəsi küçədə aşkarlanıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlar tərəfindən keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, rayon sakini Elşad Hacıyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və qaydalara riayət etməsi tapşırılıb. Lakin həmin şəxs özünə məxsus avtomobillə  şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən aşkarlanıb. Onunla izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə geri qaytarılıb.

E.Hacıyev barəsində İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button