İsmayıllıda parklanma qaydalarını pozan sürücülər cərimələnib

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub. Onlarla maarifləndirici söhbət aparılıb və bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu  diqqətə çatdırılıb. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində cərimə protokolları tərtib edilib.

Hamısını Göstər

Related Articles

Back to top button