İsrael Katz: “Cəhənnəmin qapıları açılacaq”

İsrail müdafiə naziri İsrael Katz HƏMAS-ın israilli girovları azad etməkdən imtina etməsi səbəbindən Qəzza zolağında hücumları bərpa etdiklərini açıqlayıb.
Teleqraf xəbər verir ki, HƏMAS-ı sərt addımlarla təhdid edən nazir məqsədlərinə çatana qədər hücumlara davam edəcəklərini bildirib.
“HƏMAS bütün girovları azad etməsə, Qəzzada cəhənnəmin qapıları açılacaq”, – Katz vurğulayıb.
Xatırladaq ki, İsrail gecə saatlarında Qəzza zolağına hava zərbələri endirib. Hücumlar zamanı 200-dən çox insanın həyatını itirdiyi açıqlanıb.
Polise.az