İsrailə ballistik raketlər YAĞIR – Təl-Əviv və mərkəzi şəhərlərdə BOMBARDMAN

Yaxın Şərqdəki müharibənin 17-ci günündə gərginlik pik həddə çatıb və İran İsrail ərazisinə yeni genişmiqyaslı raket hücumuna başlayıb.

Musavat.com xəbər verir ki, İsrail Müdafiə Ordusu (SAXAL) bir neçə dəqiqə əvvəl İran ərazisindən İsrail istiqamətinə onlarla ballistik raketin buraxıldığını rəsmən təsdiqləyib. Ölkənin mərkəzi və cənub rayonlarında, o cümlədən Təl-Əviv, Rişon Lezion və Lod şəhərlərində hava hücumu siqnalları səslənir. SAXAL-ın mətbuat xidməti bildirib ki, hazırda hava hücumundan müdafiə sistemləri (Hetz və “Dəmir Qübbə”) təhlükəni zərərsizləşdirmək üçün aktiv fəaliyyətdədir.

Daxili Cəbhə Komandanlığı vətəndaşların mobil telefonlarına təcili xəbərdarlıqlar göndərərək hər kəsi dərhal sığınacaqlara getməyə və xüsusi göstəriş gələnə qədər orada qalmağa çağırıb. Şahidlərin verdiyi məlumata görə, Təl-Əviv səmasında güclü partlayış səsləri eşidilir ki, bu da raketlərin havada vurulmasının göstəricisidir.
Qeyd edək ki, İran bu gün artıq bir neçə raket dalğası həyata keçirib; “The Jerusalem Post”un məlumatına görə, indiyədək atılan raketlərin qalıqları Rişon Lezionda 7 fərqli nöqtəyə və Şoham qəsəbəsinə düşərək binalara və avtomobillərə ziyan vurub. İranın bu addımı İsrailin Mehrabad hava limanını və strateji kəşfiyyat mərkəzlərini vurmasına cavab xarakteri daşıyır. Vəziyyət olduqca kritikdir və zərbələrin davam edəcəyi gözlənilir.

İsrail Müdafiə Ordusu (SAXAL) isə İranın dərinliklərinə doğru yeni və genişmiqyaslı hücum dalğasına başladığını rəsmən elan edib.

Musavat.com xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, İsrail hərbi hava qüvvələri paytaxt Tehranla yanaşı, ölkənin strateji şəhərləri olan Şiraz və Təbrizi də eyni vaxtda bombardman edir. “Aslan nərəsi” (Roaring Lion) əməliyyatı çərçivəsində həyata keçirilən bu zərbələr rejimin hərbi infrastrukturunu tamamilə iflic etmək məqsədi daşıyır. Məlumata görə, Tehranda Mehrabad hava limanı və SEPAH-ın qərargahları, Şirazda elektronika sənayesi kompleksləri, Təbrizdə isə kəşfiyyat idarələrinin binaları hədəfə alınıb. Şahidlərin sözlərinə görə, şəhərlərdə güclü partlayış səsləri eşidilir və hava hücumundan müdafiə sistemləri intensiv işləyir.
Hərbi ekspertlər bu hücumu müharibənin başladığı 16 gün ərzində ən genişmiqyaslı əməliyyatlardan biri hesab edirlər. SAXAL-ın sözçüsü briqada generalı Effi Defrin bildirib ki, hələ vurulmalı olan minlərlə hədəf var və əməliyyatların ən azı daha üç həftə davam etməsi planlaşdırılır. Tehran valiliyi əhalini sığınacaqlara çağırıb, lakin intensiv zərbələr rabitə və elektrik sistemlərində ciddi kəsintilərə səbəb olub. Təbrizdə isə valilik binası və kəşfiyyat nazirliyinin regional ofisləri ətrafında böyük tüstü dumanlarının yüksəldiyi bildirilir. Bu sinxron hücum İranın komanda-idarəetmə mərkəzlərini eyni anda sıradan çıxarmaq strategiyasının tərkib hissəsidir.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Mehman İsmayılovla gündəmi müzakirə edir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button