İsrail ABŞ-nin İrana hücum tarixini proqnozlaşdırdı

İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyel Zamir ABŞ ilə danışıqlar əsasında İrana hücumun 2 həftədən 2 aya qədər bir müddətdə baş verə biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Zamir bu həftə Vaşinqtonda Pentaqon nümayəndələri ilə görüşərək regiondakı vəziyyəti müzakirə edib.
İsrail Müdafiə Nazirliyinin rəhbəri İsrael Katz ilə görüşdən sonra o, ABŞ-nin qərar proseslərində İsraili tam şəkildə məlumatlandırmadığını qeyd edib.
GLZ-in məlumatına görə, ABŞ-nin hücumu yaxın günlərdə gözlənilmir, lakin regionda vəziyyət gərgin qalacaq. Bu dövrdə İranda İslam İnqilabının 47-ci ildönümü (1-11 fevral) və yanvar ayı başında baş verən iğtişaşlarda həlak olanların 40 günlük mərasimi qeyd olunacaq.
İsrail qiymətləndirməsinə görə, İran rəhbərliyində fikir ayrılıqları mövcuddur, beləki Əli Xamenei ABŞ ilə danışıqlarda sərt mövqedədir, digər yüksək vəzifəli şəxslər isə barışcıl yanaşmanı dəstəkləyir.



