İsrail aviaşirkəti Aktaudakı qəzaya görə Moskvaya uçuşları dayandırdı
İsrailin “El Al” aviaşirkəti Qazaxıstanın Aktau yaxınlığında baş verən təyyarə qəzası səbəbindən Təl-Əvivdən Moskvaya uçuşları müvəqqəti dayandırıb.
Polise.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti İsrailin yerli kanalı “Kanal 9″a məlumat verib.
“Rusiya hava məkanında baş verən hadisələrlə əlaqədar olaraq, “El Al” aviaşirkəti gələn həftə Tel-Əviv-Moskva marşrutu üzrə bütün uçuşları dayandırır”, – bəyanatda deyilir.
Şirkət hazırki vəziyyəti 7 gün ərzində yenidən qiymətləndirəcək, bundan sonra hava səfərlərinin bərpası ilə bağlı qərar qəbul edəcəklər.
Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərinin hava limanında qəzaya uğrayıb.
Polise.az