İsrail BMT-nin soyqırımı iddiasını “HƏMAS-ın yalanı” adlandırdı

İsrail Qəzza zolağında Fələstin xalqına qarşı soyqırımı olduğunu iddia edən BMT-nin beynəlxalq komissiyasının hesabatını qəti şəkildə rədd edir.

Teleqraf xəbər verir ki, bu barədə hesabatı “HƏMAS-ın yalanı” adlandıran İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İsrail tərəfinin fikrincə, bu sənədi hazırlayan komissiya dərhal buraxılmalıdır.

“Hesabat tamamilə HƏMAS-ın yuyulmuş və təkrarlanan yalanlarına əsaslanır. Bu uydurmalar və soyqırımı ilə bağlı yalan iddialar müstəqil və dərin akademik tədqiqatlar sayəsində tamamilə təkzib edilib”, – İsrail Xarici İşlər Nazirliyi vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button