İsrail genişmiqyaslı hücumlara başladı – YENİLƏNDİ

İsrail ordusu İrandan daha bir hücum aşkarladığını və raketləri ələ keçirdiyini bildirib.

Polise.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri İrandan İsrail ərazisinə raket atıldığını aşkar edib.

Bildirilib ki, müdafiə sistemləri təhdidlərin qarşısını almaq üçün işləyir.

12:24

***

İsrail ordusu Tehran və İsfahanda hökumət hədəflərinə yeni genişmiqyaslı hücumlara başladığını elan edib.

Polise.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü məlumat yayıb.

Bildirib ki, “İsrail Müdafiə Qüvvələri Tehran və İsfahanda genişmiqyaslı hücumlar həyata keçirib”.

***

10:26

İsfahan şəhərinə ABŞ-İsrail hücumu nəticəsində 8 nəfər həlak olub.

Polise.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Qeyd olunur ki, ABŞ və İsrailin İsfahan əyalətinə endirdiyi zərbələr nəticəsində 80 yaşayış binası zərər görüb.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button