İsrail İrana zərbə endirməyə HAZIRLAŞIR – Netanyahu təcili Trampla GÖRÜŞÜR

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı İrana qarşı yeni zərbələr barədə məlumatlandırmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Məlumat mənbəyi olaraq həm planlarla birbaşa tanış olan bir şəxs, həm də dörd keçmiş amerikalı məmur göstərilib.

Mənbələrin bildirdiyinə görə, İsrail rəsmiləri hesab edir ki, Tehran ballistik raket proqramını genişləndirir və yaxın günlərdə Trampla keçiriləcək görüşdə arqumentlərini təqdim etməyə hazırlaşır.

İsrail tərəfi narahatdır ki, İran ABŞ-ın iyunda zərbə endirdiyi uranın zənginləşdirilməsi obyektlərini bərpa edir. Lakin mənbələr qeyd edirlər ki, İsrail üçün daha aktual təhlükə İranın ballistik raket istehsalı obyektlərini bərpa etməsi və zədələnmiş hava hücumundan müdafiə sistemlərini təmir etməsidir.

Gözlənilir ki, Tramp və Netanyahunun görüşü dekabr ayının sonunda Mar-a-Lago rezidensiyasında baş tutacaq. Baş nazir görüşdə Ağ Evin rəhbərini İranda ballistik raket proqramının genişlənməsinin təcili tədbir tələb edə biləcək təhlükə yaratdığına inandırmaq niyyətindədir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button