İsrail İrandakı hədəflərin yenilənmiş siyahısını təsdiqləyib

İsrail ABŞ-nin diplomatik danışıqlarının uğursuzluqla nəticələnməsi halında İrandakı enerji və infrastruktur obyektləri arasından yenilənmiş hədəflər siyahısını təsdiqləyib.

Polise.az “Report” xəbər verir ki, bu barədə israilli iki mənbə CNN-ə bildirib.

“İsrail Trampın sonrakı addımlar barədə qərarını gözləyir, lakin ABŞ tərəfindən təsdiqlənməsi şərti ilə yaxın həftələr üçün əlavə planlarımız var”, – mənbələrdən biri bəyan edib.

İkinci mənbənin sözlərinə görə, İsrail razılaşmanın əldə olunması ehtimalını skeptik qiymətləndirir. O əlavə edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla son təmasları zamanı atəşkəs barədə mümkün razılaşmalarla bağlı narahatlığını ifadə edib.

Qeyd olunub ki, İsrailin mövqeyinə görə, istənilən razılaşma İranın bütün zənginləşdirilmiş uranı təhvil verməsini və sonrakı zənginləşdirmədən tam imtinasını nəzərdə tutmalıdır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button