İsrail İranı hədələdi: Nüvə silahı əldə edilməsinə imkan verməyəcəyik

İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu fikirləri İsrailin müdafiə naziri İsrael Katz səsləndirib.
“Baş nazir Benyamin Netanyahu və mən İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. İsrail dövlətinin məhv edilməsi təhdidini qəbul etməyəcəyik. Bu, bizim məsuliyyətimiz və tarixi rolumuzdur və bu məqsədə çatmaq üçün mümkün olan hər şeyi edəcəyik”, – nazir bildirib.
Kats əlavə edib ki, müdafiə naziri təyin edilərkən qarşısına iki əsas məqsəd qoyub: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və Qəzza zolağındakı müharibədə qələbə qazanmaq.
Qeyd edək ki, aprelin 17-də “The New York Times” nəşri İsrailin bu ilin may ayında İranın nüvə obyektlərinə zərbə endirmək niyyətində olduğunu, lakin ABŞ Prezidenti Donald Trampın bu addımı dəstəkləməməsi səbəbilə bundan imtina etdiyini yazıb.
Polise.az