İsrail Livanı intensiv şəkildə vurdu

İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə vilayətində yerləşən və “Hizbullah”ın dayaq məntəqələrindən biri hesab olunan Əli ət-Tahir dağlıq ərazisini intensiv artilleriya atəşinə tutub.

Polise.az xəbər verir ki, bu barədə “Al-Markaziya” məlumat yayıb.

Yeraltı sığınacaqların və tunellərin yerləşdiyi yüksəkliklərdə güclü partlayışlar baş verib.

Nəbatiyyə əl-Fauka şəhərinin yaşayış məhəllələri də atəşə məruz qalıb. Nəticədə bir neçə bina dağılıb.

Zərbələrin endirildiyi ərazilərdən səmaya qalın tüstü sütunları qalxıb.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button