İsrail Ordusu: Artıq İrandan təhlükə yoxdur
İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib.
Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.
“İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür”, – o deyib.
Onun sözlərinə görə, İranın kütləvi raket hücumunun fəsadları olacaq:
“Planlarımız var. Lazım olan vaxt və lazım olan yerdə hərəkətə keçəcəyik”.
Polise.az