İsrail ordusu İrana qarşı əməliyyatın müddətini açıqladı

İsrail ordusu İrana qarşı başladığı hərbi əməliyyatı ən azı daha üç həftə davam etdirməyi planlaşdırdığını açıqlayıb.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə CNN telekanalına müsahibəsində Effie Defrin bildirib.

Onun sözlərinə görə, İsrail ordusunun qarşısında minlərlə hədəf var və əməliyyat planları ABŞ ilə koordinasiya əsasında hazırlanıb. Defrin qeyd edib ki, mövcud planlar ən azı yəhudi bayramı olan Pesaha qədər, təxminən üç həftəlik dövrü əhatə edir və bundan sonra daha üç həftəlik əlavə planlar da mövcuddur.

O vurğulayıb ki, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) fəaliyyəti müəyyən qrafiklə deyil, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə müəyyən olunur. Bu vəzifələrdən biri isə İran hakimiyyətinin hərbi imkanlarını zəiflətməkdir.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button