İsrail ordusu qaçqın düşərgəsində gizlənən radikalları məhv edib

İsrail ordusu həftə ərzində İordan çayının qərb sahilində bir sıra intensiv əməliyyatlar həyata keçirib. Xüsusilə Cenin, Tulkərm şəhərlərində və Əl-Fara qaçqın düşərgəsində genişmiqyaslı terrorla mübarizə tədbirləri həyata keçirilib.

Polise.az  xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ümumilikdə bir həftə ərzində adı çəkilən ərazilərdə 35-ə yaxın fələstinli radikal məhv edilib, terror fəaliyyətində iştirakda şübhəli bilinən daha 45 nəfər saxlanılıb.

Bundan əlavə, onlarla silah və partlayıcı qurğu müsadirə edilib, üç partlayıcı laboratoriya məhv edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button