İsrail ordusu Qarabağda? Bəlkə, Marsdan da gəliblər? – Səfir
İsrail hərbçilərinin Qarabağda yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar böyük səfehlik və fantaziyadır.
Bu sözləri İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi deyib.
“Düşünürəm ki, bu, böyük səfehlikdir. Çünki biz Qarabağda Türkiyə və Rusiya hərbçilərinin yerləşdirilməsindən danışırıq. Ona görə də hesab edirəm ki, onlarda (İranın iddiası nəzərdə tutulur – red.) belə bir fantaziya varsa, istənilən şey – hətta marslıların da orada yerləşdirildiyini deyə bilərlər”, – deyə səfir bildirib.



