İsrail Prezidenti İsxaq Hersoq Azərbaycana səfərə gəldi

İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycana səfərə gəlib.
Polise.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrail Prezidentini Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Polise.az






