İsrail Qəzza zolağına göndərilən bütün humanitar yardımları yoxlayacaq
İsrail təhlükəsizlik baxımından Qəzza zolağına göndərilən bütün humanitar yardımları yoxlamağa davam edəcək.
Polise.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Eli Koen bildirib.
“İsrail beynəlxalq hüquqa uyğun hərəkət etməyə davam edəcək, lakin təhlükəsizlik baxımından Qəzzaya göndərilən bütün humanitar yardımları nəzərdən keçirəcək”, – deyə o bildirib.
Nazir BMT Təhlükəsizlik Şurasının Qəzza zolağına humanitar yardımın ötürülməsində nizam-intizam yaratmaq və HƏMAS-ın əlinə deyil, təyinat yerinə çatmasını təmin etmək üçün BMT-nin üzərinə düşən öhdəlikləri yerinə yetirməsini təmin etməyə çağırmaqla düzgün qərar qəbul edib.
“İsrail bütün oğurlananlar azad edilənə və Qəzza zolağında HƏMAS ləğv edilənə qədər müharibəni davam etdirəcək”.
Polise.az