İsrail Qəzzanı tam işğal etmək niyyətindədir:KİV

İsrail hökuməti Baş nazir Binyamin Netanyahu başda olmaqla Qəzza zolağının tam işğalına keçid planlarını təsdiqləməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Ynet” portalına Netanyahunun ətrafındakı yüksək rütbəli rəsmilər məlumat veriblər.

“Püşk atılıb, biz Qəzza zoilağının tam işğalına gedirik”, – rəsmilər bildirib.

Bununla yanaşı, “Ynet” qeyd edir ki, İsrail ordu rəhbərliyi, o cümlədən ordunun Baş Qərargah rəisi Eyal Zamir bu qərara qarşı çıxıb. O, avqustun 4-nə planlaşdırılan səfərini ləğv edib. Hökumət isə hərbçilərin fikrini nəzərə almamaqda qərarlıdır.

“Döyüş əməliyyatları girovların saxlanıldığı rayonlarda belə aparılacaq. Əgər bu, İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisini qane etmirsə, o, istefa verə bilər”, – rəsmilərdən biri “Ynet”ə bildirib.

Portalın məlumatına görə, Netanyahu yaxın vaxtlarda orduya Qəzzanın tam işğalı barədə əmr vermək təklifini hökumətin müzakirəsinə çıxara bilər. Bildirilir ki, İsrail siyasi rəhbərliyi danışıqların dalana dirənməsi səbəbindən girovların danışıqlar yolu ilə azad edilməsinin artıq mümkün olmadığı qənaətinə gəlib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button