İsrail və ABŞ İrana maksimum təzyiq siyasətini davam etdirəcək

ABŞ və İsrail Yaxın Şərqdə öz məqsədlərinə çatmaq üçün İrana maksimum təzyiq göstərmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts və İsrail Prezidenti İsxaq Hersoq arasında keçirilən görüşdən sonra məlumat verib.

Tərəflər İrana maksimum təzyiq göstərməyə davam etmək zərurətini müzakirə ediblər. Daimi nümayəndə Uolts və Prezident Hersoq həmçinin ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında müharibəni bitirmək üçün əhatəli planının sürətlə həyata keçirilməsinin zəruriliyi barədə razılığa gəlib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button