İsrail və Azərbaycan süni intellekt sahəsində memorandum imzaladı

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.

Polise.az  xəbər verir ki, anlaşma memorandumu İsrailin Milli Süni İntellekt İdarəsinin rəhbəri briqada generalı Erez Eskel və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən imzalanıb.

Müqavilə iki ölkə arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Mərasimdə İsrailin Baş naziri Benyamin Netanyahu iştirak edib.

Tərəfdaşlıq çərçivəsində əsas diqqət yüksək keyfiyyətli hesablama infrastrukturu, mühüm mülki sektorlarda süni intellektin tətbiqi və birgə tədqiqatların aparılmasına yönəldəcək.

Tərəflər bildiriblər ki, saziş iqtisadi inkişaf, texnoloji tərəqqi, elm və texnologiya sahəsində regional əməkdaşlığa daha geniş təsirləri olan birgə layihələr, tədqiqat proqramları və bilik mübadiləsi təşəbbüslərinə imkan verəcək.

B. Netanyahu çıxışı zamanı qeyd edib ki, süni intellekt sadəcə gələcəyin vasitəsi deyil, müasir dövrün bir alətidir. “Biz bu sahədə qabaqcıl ölkələr arasında olmağımızı təmin etməliyik və düşünürəm ki, birlikdə daha çox və yaxşı işlər görə bilərik. Saziş Azərbaycanla yaxın münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində növbəti pillədir”.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button