İsrail və Misir Trampa Nobel Sülh Mükafatının verilməsini təklif ediblər

İsrailin Baş naziri Benyamin Netanyahu Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyib.
Teleqraf xəbər verir ki, o, X sosial platformasındakı hesabında yazıb:
“Donald Trampa Nobel Sülh Mükafatını verin , o buna layiqdir”.
“Daily News Egypt” qəzetinin yazdığına görə, Misir Prezidenti Əbdülfəttah əs-Sisi də Trampa Sülh Mükafatının verilməsini dəstəkləyib. Sisi Trampla telefon danışığında onu Qəzza zolağında İsrail və HƏMAS arasında razılaşmanın əldə olunmasındakı roluna görə tərifləyib.
Yeni Nobel Sülh Mükafatı laureatının adı cümə günü açıqlanacaq.
Tramp ikinci prezidentlik dövründə səkkiz beynəlxalq münaqişəni həll edə bildiyini açıqlayıb. O qeyd edib ki, həll edəcəyi növbəti münaqişə Ukrayna olacaq.
Polise.az



