İsrail vurur, biz də ABŞ TIR-larını vura bilərik – Türk general
Türkiyə ABŞ tərəfindən PKK/PYD-yə yardım üçün göndərilən TIR-ları vura bilər.
Bu açıqlama ilə Türkiyə Baş Qərargahı Kəşfiyyat İdarəsinin sabiq rəisi, general İsmayıl Hakkı Pekin çıxış edib.
İsrailin İran, İraq, Livana hücum etdiyini, həmçinin bu ölkənin İranın yük daşıyan maşınlarını, anbarlarını vurduğunu qeyd edən general terrorla mübarizə aparan Türkiyənin də eyni şəkildə hərəkət edə biləcəyini qeyd edib:
“PKK/YPG-dən Türkiyəyə hücumların edildiyini bütün dünya bilir. İsrail terror təhdidi haradan gəlirsə, vurur. Terror TIR-ları da vurula bilər”.