İsrail XİN başçısı Makrona qarşı tədbir görülməsini tapşırdı
İsrailin xarici işlər naziri İsrael Kats, Fransa Prezidenti Emmanuel Makronun İsrail şirkətlərinin “Euronaval” beynəlxalq hərbi dəniz sərgisində iştirakını məhdudlaşdırmaq qərarına qarşı hüquqi və diplomatik tədbirlərin görülməsini tapşırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti açıqlama yayıb.
“Mən XİN-ə Fransa Prezidenti Makronun İsrail şirkətlərinin gələn ay Parisdə keçiriləcək “Euronaval” sərgisində məhsullarını təqdim etməsinə mane olmaq qərarına qarşı hüquqi və diplomatik tədbirlər görməyi tapşırmışam. İsrail şirkətlərinə qarşı tətbiq edilən bu təkrar boykot antidemokratik bir addımdır və bizim üçün qəbuledilməzdir,” – deyə Kats bildirib.
Nazir Makronu bu praktikanı dayandırmağa çağırıb: