“İsrail yer üzündə cəhənnəm yaradıb”- Beynəlxalq təşkilatlar həyəcan təbili çalır

“Heç bir dövlət və ya münaqişə tərəfi beynəlxalq humanitar hüquqa riayət etmək məsuliyyətindən azad edilə bilməz…”
Bir neçə beynəlxaıq təşkilat- BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Səudiyyə Ərəbistanı Qəzza bölgəsinin sakinlərinin taleyi ilə bağlı ciddi narahatlıq ifadə edib.
Moderator.az xəbər verir ki, bu barədə “eurojobmarket.com” nəşri yazıb.
BQXK-nın rəhbəri Miryana Spolyariç bildirib ki, İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza “yer üzündə cəhənnəmə” çevrilib. O, qeyd edib ki, martın 2-dən etibarən Qəzzaya humanitar yardım daxil olmur, bir çox ərazilərdə insanlar su və elektrikə çıxış əldə edə bilmir və xəstəxanaların fəaliyyətini təmin edən ehtiyatlar yalnız bir neçə həftəyə kifayət edəcək.
“Hər hansı bir dövlət və ya münaqişə tərəfi beynəlxalq humanitar hüquqa riayət etmək məsuliyyətindən azad edilə bilmız. Hərbi cinayətlər, soyqırım və etnik təmizləmə qadağandır”, – BQXK rəhbəri bildirib.
BMT-nin İnsan Haqları üzrə İdarəsi həmin gün xəbərdarlıq edib ki, İsrailin taktikası “fələstinlilərin Qəzza bölgəsində yaşamaqda davam etmək imkanlarını təhlükə altına qoyur”. BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlərin təşkili üzrə Agentliyinin rəhbəri Filippe Lazarini isə Qəzzada “cəhənnəm vəziyyəti” olduğunu qeyd edib.
Lazarini bildirib ki, Qəzzada “təhlükəsiz bölgə yoxdur, insanlar daim hərəkət edir, yayılan aclıq və xəstəliklərlə mübarizə aparır və dəhşətli şəraitdə yaşayırlar”. “O vaxta qədər gördüyümüz vəziyyət artıq cəhənnəm olub. Lakin atəşkəsin pozulmasından sonra vəziyyət daha da pisləşib”, – o, əlavə edib.
Səudiyyə Ərəbistanı öz növbəsində Qəzzaya humanitar yardımın davamlı şəkildə göndərilməsi üçün İsrailə maksimum təzyiq göstərilməsini tələb edib. Xarici işlər naziri Feysəl bin Farhan Antalya şəhərində keçirilən mətbuat konfransında Qəzza müharibəsi ilə bağlı ərəb-İslam xarici işlər nazirlərinin toplantısının sonunda fələstinlilərin hər hansı bir köçürülməsini qətiyyətlə rədd etdiyini bildirib.
“Əgər yardım gəlməzsə, insanlar yemək, su və ya elektrik tapa bilməzsə, əgər onlar hər zaman hərbi bombalanma təhlükəsi altındadırsa, o zaman hər kəsin köç etməsi məcburi olacaq, bu, könüllü köç deyil. Bu, zorla köçürülmə formasıdır”, – o, qeyd edib.
Nazir həmçinin İsrailin Beynəlxalq hüququ pozmasına da etiraz edib, xüsusilə “yəhudi məskunlaşmalarının genişləndirilməsi, evlərin sökülməsi və torpaqların işğalı” ilə bağlı tənqidlər səsləndirib.
Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button