İsrail–Yunanıstan alyansı Türkiyəyə qarşıdır: Ankara cavabsız qoymayacaq

“Yunanıstanla İsrail arasında əməkdaşlıq təkcə hərbi sahədə deyil. Ötən illərdə İsrail – Yunanıstan – Cənubi Kipr üçlü müqaviləsi çərçivəsində Aralıq dənizindəki enerji resurslarının birgə istifadəsi ilə bağlı anlaşmalar olub. Bu da Türkiyənin maraqlarına qarşı alyans idi və rəsmi Ankara bununla bağlı sərt mövqe nümayiş etdirmişdi”.

Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a, qardaş Türkiyəyə qarşı üç adı çəkilən dövlətin yaratdığı koalisiyanın planlara reaksiyasında bildirib.

Qafar Çaxmaqlı: “Ermənilər dərsini alsın deyə, antiterror əməliyyatları daha geniş şəkildə aparılmalıdır”

Siyasi təhlilçi qeyd edib ki, zamanında bənzər planlar həyata keçirilərkən rəsmi Ankara haqqı çatanları əldən verməmək üçün siyasi iradə  nümayiş etdirmişdi: “İsrail Yunanıstanın Türkiyəyə xoş olmayan münasibətlərindən sui-istifadə edərək daha da irəli getməkdədir. İndi Türkiyənin hərbi baxımdan təhlükəsizliyini təhdid altında saxlamaq üçün addımlar atılmaqdadır. Təbii ki, İsrail istehsalı olan silahların, mobil raketlərin Egey adalarında yerləşdirilməsi Türkiyəyə qarşı hərbi tədbirdir və buna Türkiyə biganə qala bilməz”.

 Q.Çaxmaqlı əlavə edib ki, İsrailin məqsədi Türkiyəni gələcəkdə mümkün müharibəyə çəkməkdir: “Türkiyə açıq şəkildə bu təhdidi aradan qaldırmaq üçün radikal addımlar atacağını bəyan edib. Əgər məsələ daha ciddiləşərsə, Türkiyə bu ölkələri yerində oturtmağın yolunu bilir. Bəzi dairələr münaqişənin kəskinləşəcəyi təqdirdə bu ölkələrin Avropadakı müttəfiqlərinin Türkiyəyə qarşı birləşəcəklərini bildirirlər. Lakin NATO-nun ikinci ən böyük ordusuna sahib bir ölkə ilə heç bir gücün bacarmayacağını da çox yaxşı anlayırlar. Qısa müddətdə Egey adalarındakı bazalar da daxil olmaqla, hər şeyin yerlə bir ediləcəyini yaxşı bilirlər”. Ekspert hesab edir ki, Yunanıstan da, İsrail də əslində başqa bir gücün iradəsi ilə “şıltaqlıq” edirlər”.

Politoloq bildirib ki, vəziyyət gərginləşərsə, Azərbaycanın hansı mövqedə olacağını düşünənlər bir şeyi anlamırlar: “Azərbaycan Türkiyənin müttəfiqidir və bu hərbi əməkdaşlığın bütün parametrləri Şuşa Bəyannaməsi ilə təsbit edilib. Türkiyəyə hücum Azərbaycana hücum deməkdir və burada “kiminsə xətrinə dəyər” anlayışı arxa plana keçir. İsraillə münasibətlərə gəlincə, əlbəttə, Azərbaycan normal münasibətlərin davam etməsini istəyər. Azərbaycan seçim qarşısında qalarsa, şübhəsiz İsrail Türkiyənin düşmənidirsə, o, bizim dostumuz ola bilməz. Əgər İsrailin yenilənmiş texnologiyalarının satın alınmasından söhbət gedirsə, indi dünyada bunun başqa alternativləri də var. Bundan əvvəl də pulumuzu verib, silahımızı almışıq da… Dünyada və aparıcı ölkələrdə İsrail lobbisinin bizə dəstəyini çəkmək kimi bir niyyəti olarsa, Azərbaycanın da İsraillə bağlı alternativləri yox deyildir. Diplomatiyada bir araya gəlib ortaq razılaşma deyə, bir anlayış var, bütün məsələlər koordinə edilir. Bundan əvvəl də Türkiyə ilə Azərbaycan bütün ciddi məsələlərlə bağlı ortaq məxrəcə gələrək çıxış yolu araya biliblər”.

Q.Çaxmaqlı əminiklə qeyd edib ki, dünyada indi heç bir güc Azərbaycanı və Türkiyəni öz milli maraqlarından kənara yönləndirə bilməz: “Baş verən son siyasi, iqtisadi və hərbi proseslər bunu açıq şəkildə göstərməkdədir”.\E.Paşasoy,Musavat.com\

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button