İsraildə yerli seçkilər ikinci dəfə təxirə salınıb

İsraildə “müharibə səbəbindən” keçirilməyən yerli seçkilər ikinci dəfə təxirə salınaraq fevralın 27-nə təyin edilib.

Polise.az  xarici KİV-lərə istinadla bildirir ki, İsrail-Fələstin münaqişəsindən sonra oktyabrın 31-də keçirilməsi nəzərdə tutulan yerli seçkilər yanvarın 30-na təxirə salınıb.

İsrail mətbuatının yazdığına görə, hökumət yanvarın sonunda keçiriləcək seçkilərə şəraitin uyğun olub-olmaması ilə bağlı ordudan rəy istəyib.

İsrail ordusu yerli seçkilərdə namizəd olan yüzlərlə adamın artıq ehtiyatda olan hərbçi kimi xidmət etdiyini və seçkilərlə əlaqədar bu şəxslərin buraxılmasının mümkün olmadığını hökumətə çatdırıb.

Bu səbəbdən İsrail Dövlətinin Nazirlər Kabineti yerli seçkiləri bir daha təxirə salıb və fevralın 27-də keçirilməsinə qərar verib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button