İsraildən xəbərdarlıq: İran 10 həftəyə nüvə silahına sahib ola bilər

İran 10 həftəyə nüvə silahı hazırlamaq üçün yetərli miqdarda lazımi elementlərə sahib ola bilər.

Bunu İsrailin müdafiə naziri bəyan edib.

“TRT Haber” məlumat verir ki, İsrailin xarici işlər naziri Yair Lapid və müdafiə naziri Benni Qantz BMT TŞ-yə üzv ölkələrin səfirlərilə bir araya gəlib. Görüş zamanı iyulun 29-da İsrail gəmisinə hücuma görə məhz İranın məsuliyyət daşıdığı bir daha bildirilib.

Qantz artıq İrana qarşı hərəkətə keçmək zamanı olduğunu görüş iştirakçılarının nəzərinə çatdırıb.

“Sözlər artıq yetərli deyil. Diplomatik, iqtisadi və hətta hərbi fəaliyyət zamanıdır”, -deyə nazir vurğulayıb.

Qeyd edək ki, israilli iş adamı Eyal Oferin sahibi olduğu İngiltərə mərkəzli “Zodiac Maritime” dənizçilik şirkətinə məxsus “M/T Mercer Street” gəmisi iyunun 29-da Tanzaniyadan BƏƏ-yə gedərkən Hind okeanında hücuma məruz qalıb. İnsident nəticəsində iki nəfər heyət üzvü həlak olub.

İsrail hökuməti baş verənlərdə İranı ittiham etsə də, qonşu ölkənin rəsmiləri bütün iddiaları rədd edib.

Hamısını Göstər

Related Articles

Back to top button