İsrailin Baş naziri ilə Rusiya Prezidenti arasında telefon danışığı 50 dəqiqə davam edib
İsrailin Baş naziri Benyamin Netanyahu ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Polise.az xəbər verir ki, bu barədə İsrailin Kan dövlət radiosu məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, söhbət 50 dəqiqə davam edib.
Kremlin mətbuat xidməti hələlik belə bir söhbət barədə məlumat verməyib.
Polise.az