İsrailin BMT-dəki nümayəndəsi: Qəzzada əməliyyatın hazırkı mərhələsi bir neçə həftəyə başa çatacaq

İsrailin Qəzza zolağında hərbi əməliyyatının hazırkı mərhələsi bir neçə həftə davam edə bilər.

“Report”un məlumatına görə, bu barədə CNN telekanalına yəhudi dövlətinin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan məlumat verib.

Onun sözlərinə görə, bu mərhələnin başa çatması “bir neçə həftənin işidir”. “Biz ümid və dua edirik ki, bu, tez bir zamanda bitsin”, – diplomat bildirib. Lakin o, növbəti mərhələnin nə ola biləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin anklavında hərbi kampaniyanın quru əməliyyatlarının genişləndirilməsini əhatə edən üçüncü mərhələsinə keçdiyini bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button