İsrailin Dimona şəhərinə endirilən raket zərbəsi nəticəsində 40-a yaxın şəxs xəsarət alıb

İsrailin cənubunda yerləşən Dimona şəhərinə endirilən raket zərbəsi nəticəsində azı 39 nəfər xəsarət alıb.
Polise.az xəbər verir ki, bu barədə “Magen David Adom” milli təcili tibbi yardım xidmətinin məlumatında deyilir.
Məlumata görə, yaralılar arasında vəziyyəti ağır qiymətləndirilən bir uşaq da var.
Dimona ölkənin cənubunda, İsrailin Milli Nüvə Tədqiqatları Mərkəzinin yerləşdiyi Negev səhrasında yerləşir.
Daha əvvəl İranın Dövlət Televiziyası (IRIB) bildirib ki, Dimonaya hücum Natanzdakı nüvə obyektinə endirilən zərbəyə cavab olaraq həyata keçirilib.
Polise.az



