İsrailin energetika naziri: Ayrıca Fələstin dövlətinin yaradılması təhlükəlidir

Fələstinlilər üçün tam hüquqlu müstəqil dövlət yaratmaq təhlükəlidir.

Polise.az xəbər verir ki, bunu İsrailin energetika naziri Eli Koen “X”dəki səhifəsində bildirib.

Onun fikrincə, belə bir addım “terrorun mükafatı” olacaq və yəhudi dövləti üçün daimi təhlükə yaradacaq.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki münaqişənin hərtərəfli həlli üçün plan hazırlayıb. 10 bənddən ibarət planda Qəzza zolağında sülhün bərqərar olması, müstəqil Fələstin dövlətinin yaradılması və regionda uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün atılacaq addımlar əksini tapıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button