İsrailin maliyyə naziri: Girov razılaşmasında HƏMAS-a güzəşt olunmamalıdır

İsrailin maliyyə naziri Bezalel Smotriç bildirib ki, girovların qaytarılması üçün danışıqlarda güzəştlər HƏMAS-ı getdikcə daha barışmaz mövqe tutmağa təşviq edir.

Bu barədə  Polise.az  “The Times of Israel”a istinadən xəbər verir.

“Danışıqlarda daha çevik olmağımıza dair tələblər, hadisələrin gedişatının əvvəllər sübut etdiyi kimi, yalnız HƏMAS lideri Yəhya Sinvarın mövqeyini daha da sərtləşdirməsinə səbəb olur. Bu, girovların geri qaytarılmasını getdikcə daha uzaq bir perspektivə çevirir”, – o deyib.

“Mən Baş naziri (Binyamin Netanyahu-red) İsrail dövlətini və hərbi məqsədlərini təhdid edən məsuliyyətsiz tələblər qarşısında möhkəm dayanmağa çağırıram”, – Smotriç vurğulayıb.

Son aylar İsraildə girovların yaxınları və digər vətəndaşlar qohumlarının evlərinə qaytarılması tələbi ilə keçirilən etiraz aksiyaları çərçivəsində müxtəlif bölgələrində dəfələrlə yolları bağlayıblar. “The Times of Israel” qeyd edir ki, Smotriçin hazırkı bəyanatları bəzi girovların ailələrinin və müxalifət nümayəndələrinin keçirməyi planlaşdırdığı dörd günlük etiraz aksiyaları ərəfəsində səslənib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button