İsrailin xarici işlər naziri azərbaycanlı həmkarı ilə danışdı

İsrailin xarici işlər naziri Gideon Saar azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığı aparıb.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri sosial media hesabında paylaşım edib.
Telefon danışığı zamanı İsrail tərəfi İranın Azərbaycana qarşı açıq və məqsədli təcavüzünü qınayıb.
“İranın Azərbaycana və regionun digər ölkələrinə qarşı təcavüzü tamamilə qəbuledilməzdir və bir daha göstərir ki, İran rejimi cilovsuz siyasət yürüdür”,- paylaşımda qeyd olunub.
Nazir vurğulayıb ki, İsrail qarşıya qoyulan məqsədlərə nail olunana qədər hərbi əməliyyatları davam etdirməkdə qətiyyətlidir.
Polise.az



