İstanbulda 6,2 bal gücündə zəlzələ: ardıcıl 8-ci dəfə…

İstanbulda Silivri sahillərində ard-arda zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

İlk olaraq 3,9 bal gücündə zəlzələ meydana gəlib. Daha sonra yerli vaxtla saat 12:49-da 6,2 bal gücündə zəlzələ olub.

Yerin 6,92 kilometr dərinliyində baş verən zəlzələ ətraf vilayətlərdə, xüsusilə Bursa, Yalova və Təkirdağda hiss olunub.

***

Mərmərə dənizində yerli vaxtla saat 13:02-də ard-arda – 4,5 və 4,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

***

İstanbulda yerli vaxtla saat 12:19-da baş verən 3,9 bal gücündə zəlzələdən sonra daha 7 təkan baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, zəlzələlərin ən zəifi İstanbulun Böyükçəkməcə rayonu sahillərində – 3,4 bal gücündə, ən güclüsü isə Silivri sahillərində – 6,2 bal gücündə olub.

– 6,2 bal gücündə baş verən zəlzələ yerli vaxtla saat 12:49,

– 5,9 və 4,4 bal gücündə olan zəlzələlər saat 12:51,

– 4,8 bal gücündə olan zəlzələ saat 13:01,

– 4,5 və 4,9 bal gücündə olan zəlzələlər saat 13:02,

– 3,4 bal gücündə yeraltı təkanlar isə saat 13:07-də ​​qeydə alınıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button