İstanbulda azərbaycanlı sənətkarların “Bir millət, iki dövlət” mövzusunda sərgisi açılıb-FOTO

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının bir əsrinin tamam olması münasibətilə İstanbulda azərbaycanlı sənətçilərin əsərlərindən ibarət sərgi açılıb.

Polise.az  xəbər verir ki, “Bir millət, iki dövlət” mövzusunda açılan sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) müəllim-professor heyətinin əl işləri nümayiş etdirilir.

İstanbulun “Artfactory” sənət qalereyasında təşkil olunan sərgi Azərbaycanın Mədəniyyət, eləcə də Elm və Təhsil nazirlikləri, ölkəmizin İstanbuldakı Baş konsulluğu, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və digər qurumların dəstəyi ilə baş tutub.

Tədbirin açılış mərasimində sərgi ilə bağlı AZƏRTAC-a açıqlama verən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov burada sənətkarlarımızın heykəl, dekorativ sənət, rəsm kimi fərqli mövzularda 57 əsərlərinin nümayiş etdirildiyini bildirib.

Rəssam deyib: “Buradakı əsərlər arasında Xalq və Əməkdar rəssamlarımızın, ADRA-nın professorlarının Ümummilli Liderimizə, Azərbaycanımızın təbiətinə, Qarabağa, qardaş Türkiyəyə həsr olunan əl işləri də var. Bu, eyni zamanda akademiyamızın Türkiyədəki ilk sərgisidir. Bəli, fərdi sərgilər keçirilib, lakin ADRA-nın müəllim-professor heyətinin birgə ilk sərgisidir. Həm də burada sadəcə yağlı boyadan ibarət əsərlərin deyil, müxtəlif səpkili əl işlərinin yer almasının da insanların xüsusi marağına səbəb olduğunu görürük”.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Böyük sənət hamisi” filminin təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a müsahibə verən ekran əsərinin layihə rəhbəri, heykəltəraş Namiq Hüseynov filmdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrünü əhatə edən ekran əsərində nadir foto və video arxivlərindən istifadə olunduğunu bildirib.

O deyib: “Azərbaycan Diasporuna Dəstək Fondunun köməkliyi ilə çəkilən film Azərbaycan və ingilis dillərində hazırlanıb, hazırda alman dilinə tərcümə olunur. Film Bakıdakı təqdimatdan sonra, yaxın günlərdə ABŞ-da da nümayiş etdirildi. Ekran əsərində Azərbaycan Rəssamlar Birliyinin sədri, Xalq rəssamı Fərhad Xəlilov, akademik Rafael Hüseynov, Xalq rəssamları – akademik Ömər Eldarov, Fuad Salayev, Əməkdar rəssamımız, İstanbulun Yeditəpə Universitetinin professoru Teymur Rzayev kimi ölkəmizin görkəmli şəxsiyyətlərinin Ulu Öndərimizlə bağlı xatirələri, ürək sözləri yer alıb”.

Açılış mərasimində Azərbaycanın milli musiqiləri ifa olunub.

Sərgi gələn il fevralın 17-dək davam edəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button