İstanbulda terror aktına hazırlaşan İŞİD üzvü ələ keçirilib

Türkiyənin İstanbul şəhərində terror aktına hazırlaşan İŞİD terror təşkilatının üzvü Cemal A.Y. ələ keçirilib.

Polise.az  xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, o, hüquq-mühafizə orqanlarının Bağcılar rayonundakı evinə təşkil etdiyi əməliyyat nəticəsində ələ keçirilib.

Araşdırmalar nəticəsində məlum olub ki, adıçəkilən terorrçu Suriyada bomba hazırlanması və bombalı hücumların təşkili ilə bağlı təlimlər keçib. Sonra isə rəhbər şəxslərin təlimatı ilə qanunsuz yolla Türkiyəyə keçib.

Terrorçunun evində axtarışlar zamanı İŞİD-lə əlaqəsini göstərən bəzi sənədlər ələ keçirilib.

O, hüquqi prosedurdan sonra həbs olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button