İstanbulun küçələrində quraşdırılan monitorlarda Xocalı soyqırımı ilə bağlı görüntülər nümayiş olunur

Türkiyənin İstanbul şəhərinin bəzi küçələrində quraşdırılan monitorlarda Xocalı soyqırımı ilə bağlı görüntülər nümayiş olunur.
Polise.az-ın yerli bürosu xəbər verir ki, aksiyanı şəhərin Bəyoğlu bələdiyyəsi təşkil edib.
Monitorlarda Xocalıda törədilən qırğınla bağlı foto və videolarla yanaşı soyqırımı barədə məlumatlar da təqdim olunur.
Faciənin 32-ci ildönümünə həsr olunan aksiya günün sonunada yekunlaşacaq.



Polise.az



