İsveçdə Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib

Azərbaycan vətəndaşları İsveçin Göteborq şəhərində təşkil olunmuş səyyar konsulluq xidmətlərindən yararlanıblar.
Polise.az -ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri “X”də paylaşım edib.
“Səfirliyimizin növbəti səyyar konsulluq xidməti qəbulunu İsveçin Göteborq şəhərində Västra-Götaland bölgəsində yaşayan həmvətənlərimiz üçün keçirdik”, – deyə diplomat qeyd edib.
Polise.az