İsveçdə şaxta səbəbindən 3 minə yaxın ev işıqsız qalıb
İsveçin şimalındakı Elvsbyn bələdiyyəsində şiddətli şaxtalar səbəbindən 3 minə yaxın ev işıqsız qalıb.
Polise.az xəbər verir ki, bu barədə “Höteborqs-Posten” qəzeti məlumat yayıb.
“Cümə axşamı soyuq həqiqətən Elvsbyn bələdiyyəsinə ziyan vurdu. 3 minə yaxın ev işıqsız qalıb”, – nəşr yazır.
Qeyd olunub ki, Elvsbyndə cümə axşamı səhər temperatur -38 dərəcəni göstərib. Bununla əlaqədar olaraq ərazidə məktəbəqədər uşaq müəssisələri bağlanıb, qocalar evlərində ehtiyat generatorlar işə salınıb. Telekommunikasiya şirkəti “Telia”nın da şəbəkəsi soyuq hava səbəbinə görə sıradan çıxıb.
Polise.az