İsveçin milli təhlükəsizlik müşavirinin unutduğu məxfi sənədləri xadimə tapıb

İsveçin milli təhlükəsizlik müşaviri Henrik Landerholmun Hellöfst konfrans zalında unutduğu məxfi sənədləri müəssisənin xadiməsi tapıb.

Polise.az xəbər verir ki, məxfi sənədlərin aşkarlanması barədə hökumətin aparatına məlumat verilib. Lakin onların itirildiyi andan həyəcan təbili çalana və H.Landerholmun işçisi tərəfindən götürülənədək nə qədər vaxt keçdiyi məlum deyil. Hellöfst rəhbərliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Sənədlərin icazəsiz şəxsin əlinə keçməsi ilə bağlı yeni müddəalar məlumatların mühafizəsi qanunvericiliyinin əsas aspektini vurğulayır: yalnız səlahiyyətli şəxslərin qorunan məlumatlara çıxışı olmalıdır. Müsahibəyə cəlb olunan ekspertlər izah ediblər ki, əgər kənar şəxs məxfi sənədlərə giriş əldə edirsə, bu, məlumatın açıqlanması hesab olunur.

Yerli media hadisə ilə bağlı şərh almaq üçün Baş nazirə müraciət etsə də, Ulf Kristersson bundan imtina edib. Onun sözçüsü keçən cümə axşamından bəri suallara cavab verməyib və Baş nazirin müsahibə üçün hazır olub-olmayacağını açıqlamayıb.

Bu həftə parlamentin müdafiə komitəsinin sədri Peter Hultqvist Baş nazirin müdafiə komitəsinin iclasına çağırılmasını tələb edib. Əgər bu baş verərsə, hökumətin başçısı hazırkı parlament dövründə ilk dəfə həmin komitəyə çağırılacaq.

“Kristersson gizlənə bilməz, o, nə baş verdiyini izah etməlidir”, -deyə P. Hultqvist bildirib.

O vurğulayıb ki, məxfi sənədlərin xadimə tərəfindən aşkarlanması ilə bağlı insident, xüsusən də məlumat sızmasının milli təhlükəsizliyi təhdid etdiyini nəzərə alınarsa, rəhbərliyin işində ciddi problemlər olduğunu nümayiş etdirir.

Xatırladaq ki, 2023-cü ilin martında H.Landerholm həmin konfrans mərkəzində məxfi sənədləri unudub. Onlardan birinin açıqlanması İsveçin milli təhlükəsizliyinə ciddi ziyan vura biləcək sənəd kimi təsnif edilib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button