İsveçrə ABŞ-yə öz səmasından İrana qarşı istifadəyə icazə vermədi

İsveçrə Federal Şurası neytrallıq prinsiplərinə sadiq qalaraq, ABŞ-yə iki kəşfiyyat təyyarəsinin öz ərazisi üzərindən uçmasına icazə verməyib.
Polise.az xəbər verir ki, hökumətdən verilən açıqlamaya görə, uçuşlar İrandakı müharibə ilə əlaqədar olaraq martın 15-də baş tutmalı idi.
“İrandakı müharibə ilə bağlı iki tələb rədd edildi, texniki uçuş üçün bir tələb və nəqliyyat təyyarələrinin üzərindən uçuşlar üçün ikinci tələbə “yox” dedik. 28 fevral 2026-cı ildən bəri Yaxın Şərqdə şiddətli döyüşlər gedir. ABŞ, İsrail və İran arasında müharibə gedir. Ölkəmizin neytrallıq prinsipi bu müharibəyə də aiddir.”
Polise.az



