İsveçrə Prezidenti 40 nəfərin ölümünə səbəb olan partlayışın baş verdiyi yerə getdi – YENİLƏNDİ

İsveçrə Prezidenti Qay Palmelin 40 nəfərin ölümünə səbəb olan partlayışın baş verdiyi yerə səfər edib.

Polise.az xəbər verir ki, bu barədə “Temps” məlumat yayıb.

Məlumata görə, İsveçrə Prezidenti Qay Parmelin partlayış səbəbindən Yeni il müraciətini də təxirə salıb.

Siyasətçi sosial media səhifəsində yazıb: “Yeni il günü Krans-Montanada sevinc anı olmalı olan hadisə matəm gününə çevrildi. Bu, bütün ölkəni sarsıtdı”.

***

14:03

İsveçrənin Krans-Montana xizək kurortunda baş verən partlayışın səbəbi pirotexniki vasitələr ola bilər.

Polise.az xəbər verir ki, bu barədə yerli “Rhône FM” radiosu məlumat yayıb.

Bildirilib ki, hazırda faciə yerində dağıntılar altından axtarış və xilasetmə əməliyyatları davam edir. Hadisə nəticəsində 40 nəfərin həlak olduğu məlumdur.

***

12:42

İsveçrənin cənub-qərb regionunda ölümlə nəticələnən partlayışda ən azı 100 nəfər yaralanıb, 40 nəfər ölüb.

Polise.az xəbər verir ki, bu barədə “Le Nouvelliste” nəşri məlumat yayıb.

Qeyd edək ki, Krans-Montana xizək kurortunda yerləşən “Le Constellation” barında naməlum səbəbdən partlayış baş verib.

Polisin açıqlamasında bildirilib ki, ərazi tamamilə bağlanıb və kurortun üzərində uçuşa qadağa qoyulub.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button