İsveçrədə beş günlük matəm elan olundu

İsveçrə Krans-Montana xizək kurortundakı barda baş verən yanğından sonra beş günlük matəm elan edib.
Polise.az xəbər verir ki, bu barədə İsveçrə Prezidenti Qay Parmelin məlumat verib .
Parmelin qeyd edib ki, matəm günlərində Berndəki bayraqlar yarıya endiriləcək.
Yanvarın 1-nə keçən gecə İsveçrənin Krans-Montana xizək kurortundakı “Constellation” barında yanğın baş verib.
Hadisə nəticəsində təxminən 40 nəfər ölüb, azı 115 nəfər yaralanıb.



