İsxaq Hersoq: Azərbaycan İlham Əliyevin rəhbərliyi altında sabitliyə nail olub

Azərbaycan AQEM-in sədrliyi dövründə təşkilatın fəaliyyətini konstruktiv dialoq, davamlı tərəfdaşlıq və ortaq məxrəc axtarışı istiqamətinə yönəldib.

Polise.az xəbər verir ki, bunu İsrail Prezidenti İsxaq Hersoq bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə bildirib.

Dövlət başçısı qeyd edib ki, qlobal gərginliyin artdığı və beynəlxalq əməkdaşlığa inamın azaldığı vaxtda Azərbaycanın sədrliyi təşkilatın fəaliyyətinə yeni dinamika verib.

İsxaq Hersoq Azərbaycanın regional tərəfdaşlıq, tolerantlıq və etimadın qurulması ilə seçildiyini vurğulayıb.

O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin sabitliyə nail olduğunu, iqtisadi artım nümayiş etdirdiyini və region dövlətləri ilə əlaqələrini genişləndirdiyini bildirib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button