İtaliya prezidenti Kremli ittiham etdi

İtaliya Ukraynanın ərazi bütövlüyünün bərpasına alternativ tanımır.
Mattarella qeyd edib ki, hazırda G7-yə sədrlik edən İtaliya və bir çox beynəlxalq tərəfdaşlar BMT Nizamnaməsinin pozulması ilə hücuma məruz qalan dövlətlərlə həmrəylik prinsipini dəstəkləmək üçün Ukraynanın müdafiəsinə qalxıblar: “Heç bir dövlət, nə qədər güclü və ya təhdid edici nüvə arsenalına malik olsa da, sanksiyalara məruz qalmadan başqa bir ölkənin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi kimi prinsipləri pozmaq barədə düşünə bilməz”.
Mattarella Sovet İttifaqının dağılmasının Avropaya yeni ümidlər gətirdiyini deyib və müharibənin “Avropa qitəsinin ürəyinə” qaytarılmasına görə Rusiyanın böyük tarixi məsuliyyət daşıdığını qeyd edib.
İtaliya prezidenti vurğulayıb ki, Rusiyanın Ukraynaya müdaxiləsi təkcə regional münaqişə deyil. Onun sözlərinə görə, Ukraynadakı müharibə xüsusilə Afrikanın bəzi bölgələrində ərzaq və enerji çatışmazlığına səbəb olub.
Polise.az



