İtaliya Prezidenti türkiyəli həmkarına başsağlığı verib

İtaliya Prezidenti Sercio Mattarella Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Polise.az xəbər verir ki, Sercio Mattarella Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insan itkisi ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

“Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insan itkisi ilə əlaqədar İtaliya Respublikası və şəxsən öz adımdan sizə dərin hüznlə başsağlığı verirəm. Bu faciədə həlak olanların ailələrinin kədərini həmrəylik hissi ilə bölüşür və yaralananların tezliklə sağalmasını arzu edirəm”, – deyə İtaliya Prezidentinin məktubunda qeyd olunur.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button