İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

İtaliya Baş nazirinin sağ təmayüllü müavini Matteo Salvini cümə axşamı bildirib ki, heç bir İtalyan əsgəri Fransa Prezidenti Emmanuel Makronun uğrunda həlak olmayacaq.

Polise.az  ANSA agentliyinə istinadla xəbər verir ki, İtaliya Baş nazirinin müavini Matteo Salvini Fransa liderinin sözlərinə cavab verib: “Heç vaxt heç bir italyan əsgəri Makronun uğrunda həlak olmasın, mən belə düşünürəm”.

Emmanuel Makron Britaniyanın “The Economist” jurnalına verdiyi eksklüziv müsahibəsində Rusiya qoşunlarının cəbhə xəttini yarması və Kiyevin NATO qoşunlarından kömək üçün rəsmi müraciət etməsi halında Ukraynada Qərbin quru qoşunlarının olmasını istisna etmədiyini təkrarlayıb.

İtaliya hökuməti rəsmisinin sözləri Fransa siyasətçiləri arasında narazılıq doğurub. Belə ki, Avropa Parlamentinin üzvü və Avropa Demokratik Partiyasının baş katibi, eyni zamanda qarşıdan gələn Avropa seçkiləri üçün Makronun İntibah Partiyasının Avropa komandasının üzvü Sandro Qozi deyib: “Fransa Prezidentinin sözlərinə ilk operativ cavab Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarovadan deyil, Avropada Kremlin əsl nümayəndəsi olan Matteo Salvinidən gəlib”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button