İtaliyada qanunsuz miqrantları daşıyan qayıq batdı – 20-dən çox insan itkin düşdü
Polise.az xarici mətbuata istinadən xəbər verir ki, qayıq Lampedusa adası sahilində batıb.
Yeddi nəfəri xilas etmək mümkün olub, onların arasında Almaniyada yaşayan atası ilə birləşməyi ümid edən 8 yaşlı suriyalı oğlan da var. Onun anası da gəmidə olub, lakin taleyi bəlli deyil.
Sağ qalanlar itkin düşənlər arasında beş qadın və üç uşağın olduğunu açıqlayıblar.
Qayıq bazar ertəsi gecə Liviyanın Zuvara şəhərindən yola düşüb. Həlak olanların cəsədləri hələ tapılmayıb.
Polise.az